Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buraxılış imtahanında yüksək bal toplayanların FOTOları

Buraxılış imtahanında yüksək bal toplayanların FOTOları

Tarix: 3 Aprel 2024 10:36

Xəbər verdiyimiz kimi, bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Milli.Az qafqazinfo-ya istinadən uğur qazanan gəncləri təqdim edir:

Hüseynova Pakizə Namil qızı Gəncə şəhəri, 16 saylı şəhər orta məktəbdə təhsil alır.

Yusibov Elşən Səfa oğlu isə Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin şagirdidir.

Yusibov Elşən Səfa oğlu isə Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbində oxuyur. O, "Əlaçı" televiziya yarışmasının qalibi olub. Bundan başqa, "Zəfər" elm olimpiadasının kimya fənni üzrə 1 yer tutub.

Respublika üzrə maksimum nəticə göstərən 14 şagirddən biri də Xancanova Lalə Elvin qızıdır. O, Qəbələ şəhəri, 4 saylı şəhər orta məktəbdə təhsil alır.

Maksimum nəticə göstərənlərdən Rzabəyli Aydan Famil qızı isə 144 nömrəli tam orta məktəbin şagirdidir.

İlyasova Zərifə Elmaz qızı isə Şəki şəhəri, 18 saylı şəhər orta məktəbdə təhsil alır.

146 nömrəli tam orta məktəbin adına isə uğuru Qasımova Fatimə Elxan qızı qazanıb.

Bundan başqa, Qəbələdən Rəhimova Səidə Ruhib qızı, Şəkidən Əliyeva Amalya Tural qızı, Teymurlu Fatimə Elmir qızı, Bakıdan Rüstəmli Fidan Ayət qızı, Xırdalandan Novruzova Şəbnəm Ramin qızı, paytaxtdan Məmmədli Fatimə Faiq qızı, Ağazadə Nərmin Teymur qızı, Hüseynzadə Aylin İlqar qızı eyni uğura imza atıblar.

Milli.Az


Etiketlər:  Buraxılış imtahanında yüksək bal toplayanların FOTOları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ