Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 13:45
Bakı. Ləman Zeynalova - Trend:
Zaur Cəlilov "LUKOYL-Azərbaycan" QSC-nin direktoru təyin olunub.
Bu barədə Trend-ə Rusiyanın "LUKOYL" şirkətindən bildiriblər.
O, bu vəzifədə Aydar Abdullini əvəz edib. A.Abdullin isə "LUKOYL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyin olunub.
Z.Cəlilov bundan əvvəl "LUKOYL İtaliya" MMC-də kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin