Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Builki Avroviziya şərhçimiz o oldu - FOTO

Builki Avroviziya şərhçimiz o oldu - FOTO

Tarix: 4 Aprel 2024 13:00

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhiçisinin kimliyi açıqlanıb.

Milli.Az olay-a istinadən bildirir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq.

O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq.

Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı "Özünlə apar" mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

Milli.Az


Etiketlər:  Builki Avroviziya şərhçimiz o oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ