Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Əsədov: “Onları zaman da, xal da sıxır”

Arif Əsədov: “Onları zaman da, xal da sıxır”

Tarix: 4 Aprel 2024 17:00

"Neftçi" - "Qarabağ" matçından öncə də intriqanın olacağı gözlənilirdi".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk görüşlərini dəyərləndirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, "Neftçi" - "Qarabağ" (0:4) matçında hər kəs bərabərsəviyyəli oyun gözləsə də belə olmayıb: "Qalibin ikinci görüşdə müəyyənləşəcəyini düşünürdük. Amma oyun elə bitdi ki, "Neftçi"nin heç bir şansı qalmadı. "Qarabağ" bütün komponentlərdə rəqibini üstələdi. Bununla da "Neftçi"nin kubokda işi sona çatdı. Düşünürəm ki, bundan sonra "ağ-qaralar" bütün diqqətini Premyer Liqada ikinci və üçüncü yer uğrunda mübarizəyə yönəldəcək. Onların çempionatda qeyri-stabil oyununun əsas səbəbi isə legionerlərin tam formada olmaması, zədəli olan oyunçular, yerli futbolçu resusların azlığıdır. "Neftçi" ilk "11-liy"i də müəyyənləşdirə bilmir. Təzyiq altında olan bir komandadır. Nəticə yaxşı olmayanda futbolçular da təsir altına düşür. Ona görə "Neftçi" mövsümü ikinci yerdə başa vursa, qənaətbəxş hesab etmək olar".

Əsədov "Zirə" - "Qəbələ" (2:1) görüşünün isə maraqlı alındığını deyib: "Kubokun son qalibi "Qəbələ"nin bu il bir şansı qalıb. Düzdür, "Zirə" üstün idi, qol epizodları yaratdı, istifadə edə bilmədi. 2:0 hesablı qələbə onlar üçün daha yaxşı olardı. "Qəbələ"nin sonda bir top vurması növbəti oyunu daha maraqlı edəcək. Onlar gedən səviyyəli legionerlərin yerini doldura bilmədi. Yeni baş məşqçinin öz fəlsəfəsini yerinə yeritməsi üçün zaman lazımdır. Amma indiki dönəmdə xal və zaman "Qəbələ"ni sıxır. Ona görə də vəziyyət belədir. Kubokda isə şansları yüksəkdir, bu istiqamətdə də irəliləməyə çalışacaqlarına inanıram".

Qeyd edək ki, Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Arif Əsədov Onları zaman da xal da sıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ