Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran sərhədçiləri ilə Taliban toqquşdu

İran sərhədçiləri ilə Taliban toqquşdu

Tarix: 4 Aprel 2024 22:58

Əfqanıstanın cənub-qərbindəki Nimruz vilayətində Taliban tərəfdarları ilə İran sərhədçiləri arasında toqquşma olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Taliban iranlı sərhədçilərdən birini də saxlayıb.

Taliban hərəkatının nümayəndələri və İran hakimiyyəti toqquşmalarla bağlı məlumatı hələlik şərh etməyiblər.

Qeyd edək ki, bu gün "Ceyş əl-Ədl" silahlı qruplaşmasının polis binasına hücumu böyük qarşıdurmaya səbəb olmuşdu.

Milli.Az


Etiketlər:  İran sərhədçiləri ilə Taliban toqquşdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ