Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron “Crocus”dakı terror aktında Fransanın iştirakı barədə ittihamları rədd edib

Makron “Crocus”dakı terror aktında Fransanın iştirakı barədə ittihamları rədd edib

Tarix: 5 Aprel 2024 00:30

Fransa Prezidenti Emmanuel Makron "Crocus City Hall"dakı terror aktında ölkəsinin Ukrayna ilə birgə iştirakı barədə ittihamları rədd edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, o bildirib ki, buna bənzər bəyanatlar ölkəsində sadəcə gülüş doğurur.

Fransa lideri eyni zamanda, ölkəsinin rəsmi Kiyevə dəstəyi davam etdirəcəyini açıqlayıb: "Fransanın bu hücumun təşkilatçılarından biri olduğu barədə fikirlər ağlasığmazdır. Hesab edirik ki, onlar manipulyasiya xarakterlidir və Rusiyanın hərbi aqressiyasına haqq qazandırmaq məqsədi daşıyır".


Etiketlər:  Makron Crocusdakı terror aktında Fransanın iştirakı barədə ittihamları rədd edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ