Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur idmançıların qazancları məlum oldu - 2,7 milyard dollar

Məşhur idmançıların qazancları məlum oldu -  2,7 milyard dollar

Tarix: 5 Aprel 2024 15:24

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı futbolçusu Neymarın qazancı 1 milyard dollara çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu peşəkar karyerası ərzində 933,2 milyon avro qazanıb.

Bu məbləğə maaş, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir. Neymar 1 milyard dollar qazanan 10-cu idmançı olub.

Qazancı milyard dollara çatan idmançıların siyahısı belədir:

1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard

2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard

3. Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 1,57 milyard

4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard

5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard

6. Rocer Federer (İsveçrə, tenis) - 1,17 milyard

7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard

8. Devid Bekhem (İngiltərə, futbol) - 1,13 milyard

9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard

10. Neymar (Braziliya, futbol) - 1,01 milyard

Milli.Az


Etiketlər:  Məşhur idmançıların qazancları məlum oldu 27 milyard dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ