Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başlandı

Bu məktəbdə mənimsəmə ilə bağlı  cinayət işi başlandı

Tarix: 5 Aprel 2024 16:56

Daşkəsəndə təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az


Etiketlər:  Bu məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ