Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxan Xavəri müdir təyin olundu - FOTO

Sərxan Xavəri müdir təyin olundu - FOTO

Tarix: 5 Aprel 2024 18:08

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə müdir təyin olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli müvafiq sərəncam imzalayıb.

Bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Xavəri təyinat alıb.

Qeyd edək ki, Sərxan Abbas oğlu Xavəri 26 may 1973-cü ildə Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə "XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatı: təşəkkülü, təkamülü və inkişaf istiqamətləri" mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2023-cü ildə "Azərbaycan milli mədəniyyət sistemində folklorun funksional strukturu və tipologiyası" mövzusunda filologiya elmləri doktoru dissertasiyaları müdafiə edib.

1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan Sərxan Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib.

Sərxan Xavəri yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir.

Filologiya elmləri doktoru Sərxan Xavəri AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, Qarabağ mövzusunda apardığı tədqiqatlara və Uğurlu elmi məruzəyə görə Fəxri diplomlarla təltif edilib. Ailəlidir, iki övladı var.


Etiketlər:  Sərxan Xavəri müdir təyin olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ