Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 18:20
Məni həyəcanlandırmayan rola görə özümü yormaq istəmərəm. Amma yenə də hamımız işləməliyik.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri "Möhtəşəm 100 il" serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə yaddaşlarda qalan aktrisa Məryəm Uzerli deyib. Orta Asiya Universitetində keçirilən tədbirin fəxri qonağı qismində məşhur aktrisa Daşkəndə gedib. Tədbirdə karyerası haqqında danışan 40 yaşlı aktrisa rol seçimində çox diqqətli davrandığını vurğulayıb:
"Ola bilər ki, qonaq aktyor olaram və ya böyük bir layihə hazırlansa və məni cəlb edən bir xarakter olsa, yox demərəm. Amma o zaman həqiqətən də prodüserlərlə fərqli balans qurmalıyam ki, iş şəraitim də ona uyğun olsun. Çünki mənim alətim özüməm. Mən özümdə olan dünyanı ortaya qoyuram".