Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhkəmə 87 yaşlı milyarderi 5 milyon dollar cərimələdi

Məhkəmə 87 yaşlı milyarderi 5 milyon dollar cərimələdi

Tarix: 5 Aprel 2024 19:32

87 yaşlı britaniyalı milyarder Coe Levis öz tanışlarına ictimaiyyətə açıq şirkətlər haqqında qeyri-qanuni səhm tövsiyələri edib, onların təxminən yarım milyon dollar pul qazanmağına imkan yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-da keçirilən məhkəmədə Coe Levisin iki il həbsi istənib. Ancaq milyarderin səhhəti, yaşı nəzərə alınaraq və ittihamlarla üzləşmək üçün Vaşinqtona gəlməsi səbəbindən ona həbs cəzası yerinə beş milyon dollar cərimə kəsilib. Milyarderin şirkətlərindən biri olan "Broad Bay Ltd" də 44 milyon dollar cərimələnib.

Baham adalarında yaşayan britaniyalı Coe Levis müxtəlif korporativ şuralarda tutduğu mövqe sayəsində bəzi şirkətlər haqqında məxfi məlumatlar əldə edib. O, daha sonra öz sevgilisinə, dostlarına və şəxsi pilotlarından ikisinə həmin şirkətlərin səhmlərini almağı tövsiyə edib. Onun ötürdüyü informasiya sayəsində bu şəxslər yarım milyon dollar pul qazanıb.

Bloomberg agentliyinin milyarderlər indeksinə görə Coe Levisin və ailəsinin sərvəti 7,2 milyard dollardır. Onun hazırkı sərvətinə müxtəlif ölkədəki evlər, 90 milyon dollar dəyərində şəxsi təyyarələr, 100 milyon dollarlıq sənət kolleksiyası, və 250 milyon dollarlıq yaxta daxildir. O, dünyanın 500 ən zəngin adamından biri kimi tanınır.

Milli.Az


Etiketlər:  Məhkəmə 87 yaşlı milyarderi 5 milyon dollar cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ