Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 14:05
"Keçmişdə Rəmişlə münasibətlərimizdə soyuqluq olmasına baxmayaraq, mənim iç dünyam dedi ki, sən onun məzarına getməlisən".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri gitaraçı Rəhman Məmmədli "Xəbər ətər" verilişinə müsahibəsində deyib.
Sənətçi mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) məzarı başına daha çox insanın gəlməyini istəyib:
"Mən istəyərdim ki, burada (qəbiristanlığı nəzərdə tutur - red.) daha böyük izdiham olsun. Biz bunun anonsunu da etmişdik ki, respublikanın bütün gitara ifaçıları toplaşıb, Rəmişin məzarı üstünə gəlsinlər. Fövqəladə səbəbi olmadan bura gəlməyən gitara ifaçılarını qınadım, buna anormal baxdım ki, bura gəlmək lazım idi. Burada daha çox insan olmalı idi. 50-60 nəfər yox, 260-360 nəfər olmalı idi".
Qeyd edək ki, Rəmiş 14 noyabr 1944-cü ildə dünyaya gəlib. Sənətçi 5 aprel 2021-ci ildə dünyasını dəyişib.