Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası İnşaat Həftəsi keçirir

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası İnşaat Həftəsi keçirir

Tarix: 6 Aprel 2024 17:16

Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə "İnşaatçılar günü" peşə bayramı kimi qeyd olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) ilk dəfə olaraq 1-9 aprel tarixində keçirdiyi İnşaat Həftəsi çərçivəsində bir sıra vacib və əlamətdar tədbirlər təşkil edilir.

ATMİA-nın baş katibi Şahanə Sarı mətbuata açıqlaması zamanı bildirib ki, İnşaat Həftəsi çərçivəsində keçirilən silsilə layihələrə; beynəlxalq sektorial qurumlar, o cümlədən Gürcüstan İnfrastruktur Tikinti Şirkətləri Assosiasiyası, İraq İnşaat Assosiasiyası ilə əlaqələrin qurulması, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov ilə görüş, Qafqazda ilk müasir gips zavodu olan "Ağdağ" gips zavoduna infotur, "Yaşıl dünya həmrəyliyi ili" münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyasının təşkili, İtaliya Ticarət Palatası, "Matanat A" şirkətlər qrupunun baş sponsorluğu və "Mirvana" dekorativ boyalarının sponsorluğu ilə Genuya Memarlar Assosiasiyasının üzvü Nikola Ruggieronun Azərbaycana səfəri və AzMİU-da sahibkarlar və tələbələr üçün elmi-praktiki seminarların təşkili və s. nümunə göstərilə bilər.

Qeyd edək ki, 2017-ci ildə yaradılan assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.

Milli.Az


Etiketlər:  Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası İnşaat Həftəsi keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ