Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ombudsmandan Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti faktların ortaya çıxmasına REAKSİYA

Ombudsmandan Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti faktların ortaya çıxmasına REAKSİYA

Tarix: 6 Aprel 2024 18:33

1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər - Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər.

Milli.Az xəbər verir ki,bu barədə Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya çıxmasına dair Ombudsmanın açıqlamasında deyilir.

Bildirilib ki, ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb:

"Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir.

Bir daha xatırladırıq ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib, eyni zamanda, bugünədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınıb".

Milli.Az


Etiketlər:  Ombudsmandan Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti faktların ortaya çıxmasına REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ