Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın oyununda altı qol vuruldu

Tarix: 6 Aprel 2024 22:48

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Sabah" səfərdə "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 26-cı dəqiqədə Aleks Souza və 82-ci dəqiqədə Otto Con vurub.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Turan Tovuz" 6-cı pilləyə yüksəlib. "Sabah" isə 40 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, XXIX turun açılış oyununda "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib. Tura martın 7-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Neftçi" - "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir matç baş tutub.

"Qarabağ" öz meydanında "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Qarabağın oyununda altı qol vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ