Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 12:33
Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasının sədri Valentina Matvienkonu təltif edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi nəşrinin saytında dərc olunub.
Sənəddə deyilir ki, Matvienko "dövlət və xalq qarşısında xüsusi əmək xidmətlərinə görə" Əmək Qəhrəmanı adına layiq görülüb.
Qeyd edək ki, bu gün Valentina Matvienkonun 75 yaşı tamam olur.