Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 13:10
Müğənni Nura Suri növbəti paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, ifaçı feysbuk hesabında Əməkdar artist Elnarə Abdullayevanın sənətçi və sənətkar sözləriylə bağlı çıxışına münasibət bildirib:
"Bir aydınlıq gətirim və söhbəti bir dəfəlik bağlayın. Sənətkar və sənətçi sözlərinin mənası eynidir. Sənətlə məşğul olan, zərgər, usta, dülgər, musiqiçi və sair. Ay birinə sənətçi deyək yaşı azdır, təzə gəlib sənətə və sair kimi şeylərlə fərq qoymayın. Eyni məna kəsb edir bu sözlər. Yığışdırın bu komediyanı".
Qeyd edək ki, E. Abdullayeva "O üz" verilişində bu sözlərin mənasının eyni olmadığını söyləmişdi.