Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2024 13:36
"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub.
Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"sunda forma geyinən 25 yaşlı qolkiper hələ Andrey Lunyovun keçidindən əvvəl də "Qarabağ"ın maraq dairəsində olub. Ağdamlılar yenidən onun transferini nəzərdən keçirməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, Nevistiçin transfer dəyəri 850 min avro ilə dəyərləndirilir.