Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 09:15
"Səhnəyə bikinidə çıxa bilmərəm. Baxmayaraq ki, mən şəkil çəkdirsəm atəş olar, amma etmərəm. O səbəbdəndir ki, bəlkə, mənim səhnəyə gəlişimlə bərabər artıq övladım var idi deyə, onu düşünürdüm".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Özəl" verilişində deyib.
Sənətçi səhnədə "olmazsa olmaz"larından söz açıb. Roza bildirib ki, indiyə kimi heç bir həmkarının arxasınca danışmayıb:
"Heç bir sənət yoldaşım deyə bilməz ki, mən onun ardınca haradasa nəsə demişəm. Mümkünsüzdür. Hamısı üzə deyilir. Ardınca danışmıram və heç vaxt heç kimin çörəyinə bais olmaram".