Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 10:40
Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.
Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, "Rabitəbank" AMB-nin bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı normativini pozub.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən "Rabitə Bank" ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Mərkəzi Bank əlavə edib ki,sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.