Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" ulduzunu itirə bilər

Tarix: 9 Aprel 2024 10:54

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia klubu tərk etməyə çox yaxındır.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, cari mövsüm uğurlu çıxışı ilə diqqət çəkən 29 yaşlı futbolçu Əlcəzair millisinin istəyi ilə daha yuxarı səviyyəli klubda çıxış edə bilər. Məhz bu səbəbdən o, Fransanın 2-ci Liqasından gələn təklifi rədd edib.  

Hazırda oyunçu bir neçə klubun maraq dairəsində olsa da, "Qarabağ"a hələlik rəsmi təklif göndərən olmayıb.

Qeyd edək ki, cari mövsüm "köhlən atlar"ın heyətində bütün turnirlərdə 15 qol vuran Yassin Benzianın müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Qarabağ ulduzunu itirə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ