Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 11:22
Rusiyanın Əməkdar artisti, opera və estrada müğənnisi, "Qolos" ("Səs" yarışması) şousunun iştirakçısı Yevgeni Kunqurovun meyiti tapılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "112" teleqram kanalının məlumatına görə, o, həyat yoldaşına mesaj yazaraq həyatını sonlandıracağını deyib.
Xanımı xilasetmə xidməti ilə əlaqə saxlayıb. O, ərindən mesaj aldığını və onu mənzildə hədələdiyini bildirib. Mesajda "cəsədimi sabah vannada tapacaqsan" deyə, yazıb. Bundan sonra ifaçı zənglərə cavab verməyib.
40 yaşlı Kunqurovun meyiti evinin yaxınlığında tapılıb.
"TASS"ın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, sənətçinin bədənində zorakılıq əlamətləri yoxdur. Kunqurovun son vaxtlar depressiya vəziyyətində olduğu təsdiqlənib.