Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aynur Zurufçu: “Hər yoldan ötən bu mahnıları oxuya bilməz” - FOTO

Aynur Zurufçu: “Hər yoldan ötən bu mahnıları oxuya bilməz” - FOTO

Tarix: 10 Aprel 2024 07:45

"Yaqub Zurufçunun mahnılarını Əqli Mülkiyyət Agentliyindən qeydiyyatdan keçirirəm. Bizim əlimizdə şəhadətnamə var. Çünki Yaqub bəy bütün əmlakını oğluna və mənə həvalə etdiyinə görə hüquqlar da biz tərəfdən qorunur"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib. O daha sonra əlavə edib.

Yaqub Zurufçunun xanımı mahnıya görə qalmaqal yaratdı
"Elə sillə vurdu ki, gözümün yeri dəyişdi"
"İllər sonra başa düşdüm ki, yanlız onlarla xoşbəxtəm" - VİDEO

 
"Mahnının müəllifi var. Müəllif dünyadan köçübsə onun varisləri var, hüquqlarını qoruyan şirkət var. Hər-hansısa musiqiyə müraciət etməmişdən öncə onun icazəsi alınmalıdır. Mən klassik musiqilərdən danışmıram. Bu dünyanın hər yerində belədir. İcazə alınmayıb oxunulubsa, bunun özü bir hörmətsizlik, bilgisizlikdir.

Məlumatsızlıqdan belə hallar baş verir. Məlumat verəndə yenə də pis sən olursan. Mahnının müəllifi və varisləri icazə vermirsə oxunmamalıdır. Buna da əks münasibət göstərmək, əsəbləşməyin özü də müəllif sahibinə qarşı mədəniyyətsizlikdir. Yavaş-yavaş artıq Yaqub bəyin bütün musiqilərini qeydiyyatdan keçirəcəm. Hələlik "Dəniz" mahnısı üçün müraciət edib, şəhadətnamə almışam. Şəhadətnamə alandan sonra bunu televiziyalara vermək istəyirəm ki, bilinsin mahnının müəllifi var. Gəlib-gedən, hər yoldan ötən bu mahnıları oxuya bilməz. Zatən Yaqub bəyin yutub səhifəsində, digər musiqi platformalarda dijital formada yayımlanır. Nə qədər ki, mən həyatdayam bu işlə ciddi məşğul olacam" deyə sənətkarın həyat yoldaşı deyib. 
 
Aynur xanım bildirib ki, Yaqub Zurufçu hər zaman qalmaqallardan uzaq durub.
 
"Bir-iki dəfə belə bir məsələ olmuşdu. Mən bir az çılğın insanam, reaksiyam fərqli olurdu. Yaqub bəy çox sakit, mədəni, təmkinlə deyirdi ki, nə qədər ki, insan məşhur olacaq, belə qalmaqallar, söz-söhbətlər də baş verəcək. Məsələ o vaxt şişir ki, sən ona reaksiya verirsən. Belə bir məsəl də var ki, sözü kim böyüdər? Əlbəttə ki, yiyəsi. O həddindən artıq mülayim insan idi. Sözünü, yerini, danışığını bilən adam idi. Mənə də həmişə təmkin, səbr arzulayırdı" deyə sənətkarın həyat yoldaşı bildirib.

Milli.Az


Etiketlər:  Aynur Zurufçu Hər yoldan ötən bu mahnıları oxuya bilməz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ