Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadi “Qarabağ”a qayıdır? - Agentindən açıqlama

Kadi “Qarabağ”a qayıdır? - Agentindən açıqlama

Tarix: 10 Aprel 2024 09:56

"Krasnodar"ın futbolçusu Kadi Borgesin agenti Helsio Roberto braziliyalı oyunçunun "Qarabağ"a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, xarici KİV-ə açıqlamasında Kadinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:

"Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi "Krasnodar"dakı hər şeydən razıdır". 

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər "Qarabağ"da oynayıb. O, 5 milyon avroya "Krasnodar"a transfer olunub. Kadinin Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Milli.Az


Etiketlər:  Kadi Qarabağa qayıdır Agentindən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ