Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaxarova: Bu məsələdə Ermənistanla Azərbaycana kömək etməyə hazırıq

Zaxarova: Bu məsələdə Ermənistanla Azərbaycana kömək etməyə hazırıq

Tarix: 10 Aprel 2024 15:22

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvana Cənubi Qafqazdakı gərginliyi azaltmaqla bağlı çağırış edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

"Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir. Regionda davamlı sülh və rifahın bərqərar olması üçün zəruri mexanizmlər, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılıqlar var".

M.Zaxarova qeyd edib ki, Moskva regional problemlərinin həllinin tapılmasında, o cümlədən sərhədlərin müəyyən edilməsində kömək etməyə həmişə hazırdır.


Etiketlər:  Zaxarova məsələdə Ermənistanla Azərbaycana kömək etməyə hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ