Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənərbağça”da ŞOK: 2 ulduzu komandadan gedir

“Fənərbağça”da ŞOK: 2 ulduzu komandadan gedir

Tarix: 10 Aprel 2024 18:12

"Fənərbağça" klubunun rəsmiləri son zamanlarda baş verən hadisələrlə bağlı iclas keçiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, klubun prezidenti Ali Koç, komandanın baş məşqçisi İsmail Kartalın və futbolçuların qatıldıqları iclasda Türkiyə Superkubokunun final oyununda baş verənlər müzakirəyə çıxarılıb.

Komandanın aparıcı futbolçularından sayılan Edin Dzeko və Mitçi Batşuayi  "Fənərbağça"nın 1-ci liqaya enəcəyi təqdirdə klubdan ayrılacaqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbağça" klubunu iki il müddətinə Türkiyə Superkubokundan uzaqlaşdırıb. Həmçinin, klubun aşağı liqaya göndərilməsi təhlükəsi də var.

Milli.Az


Etiketlər:  Fənərbağçada ŞOK 2 ulduzu komandadan gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ