Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2024 18:50
Ermənistan Rusiya telekanallarının yayımını tənzimləyən sazişi birtərəfli qaydada ləğv edə bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu respublikanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
O qeyd edib ki, Ermənistan nümayəndə heyəti Moskvada Rusiya yayımı ilə bağlı məsləhətləşmələr aparıb, lakin konsensus əldə olunmayıb.
Nazirin sözlərinə görə, bunun nəticəsi olaraq rusiyalı aparıcı Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb.