Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Efirdə bədənini göstərmək bizi bir az geri atır''

''Efirdə bədənini göstərmək bizi bir az geri atır''

Tarix: 11 Aprel 2024 08:20

"Efirdə bədənlərini göstərənlər gənclərin musiqi zövqünü korlayır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu fikri Xalq artisti Nəzakət Teymurova verilişlərin birinə qonaq olarkən deyib.

Sənətçi bayağı musiqilərlə gənc nəslin musiqi zövqünün korlandığını bildirib:
"Biz əfsuslar olsun ki, bayağılığı təbliğ edirik. Gözümüzü açandan Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızdan bəhrələnmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib və deyir ki, ona bənzəmək istəyirəm. O qədər onları təbliğ edirlər ki. Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq. Hər gün efirdə simaları ilə bədənini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır".

Milli.Az


Etiketlər:  Efirdə bədənini göstərmək bizi geri atır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ