Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI - FOTO

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI - FOTO

Tarix: 11 Aprel 2024 13:54

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının Oxu.Az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat "İrəvan"da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Milli.Az


Etiketlər:  Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ