Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2024 14:55
"Birinci həyat yoldaşımdan ayrılıb gələndən sonra onunla qaldığım evdə yaşayış hüququ qazandım. O evə oğlum Adil ilə bərabər qeydiyyata düşdüm. Sonra rəhmətlik qayınatam bizə başqa yerdə ev almağınız üçün pul verdi. Dedi, gedin özünüzə başqa yerdə ev alın və buradan qeydiyyatdan çıxın. Bu məsələ məhkəmə olmadan öz həllini tapdı. O ev də onların özündə qaldı və özlərinə də qismət olsun. Bizə qalmasın, çünki heçnədə gözümüz yoxdur. Oğlum Adilin şükürlər olsun ki, hər şeyi var".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Elgizlə izlə" verilişində deyib.
"Keçmiş həyat yoldaşımın ailəsi, nəsli, kökü Şüvəlanda sayılıb, seçiləndir. O kənddə hansı toy olursa orada iştirak edirəm. Onlar necə lazımdırsa, ürəklə məclislərində iştirakıma görə pul verirlər. Pandemiya ərəfəsində qayınatam mənə pul verdi. Mən isə o pulu oğluma verdim. Dedim ki, nə istəyirsən et... Hərdən düşünürəm ki, qayınatam o pulu bizə verməsəydi, biz nə edərdik? Allaha qurban olum... Pandemiya ərəfəsində biz işləmirdik. O pul olmasaydı məndə bir çox sənətçilər kimi məcbur olacaqdım avtomobilimi, evimi və ya qızıllarımı satmağa. Əslində satmaq lazımdır. Əgər həyatda çətin vəziyyətdəsənsə satmalısan. Onları yığmaqdansa, özünü yaşat" deyə, Xatun pandemiya vaxtı qarşılaşdığı çətinlikdən söz açıb.