Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2024 22:14
Ukraynanın Moskvadakı səfirliyinin ərazisində Rusiya bayrağı qaldırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Məlumata görə, diplomatik qurumun yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinə Moskva meriyası tərəfindən xitam verilib. Bu, Kiyevin Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsini ləğv etmək qərarına cavab olaraq edilib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının özünün toxunulmazlığına təsir göstərmir.
Hazırda səfirlik bağlıdır.