Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Taxt-tac oyunları” serialının pərəstişkarlarını kədərləndirəcək xəbər - FOTO

“Taxt-tac oyunları” serialının pərəstişkarlarını kədərləndirəcək xəbər - FOTO

Tarix: 12 Aprel 2024 03:04

Əsas personajı Con Snounun olacağı güman edilən "Taxt-tac oyunları"nın ("Game of Thrones" /2011-2019) spin-off seriyası ləğv edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə qəhrəmanı canlandıran aktyor Kit Harinqton müsahibəsində bildirib.

Onun sözlərinə görə, süjet üçün hər kəsi həyəcanlandıracaq uyğun hekayə tapmaq mümkün olmadığı üçün hazırda çəkiliş planları yoxdur.

"Ona görə də onun icrasını hələlik bir kənara qoymaq qərarına gəldik. Ola bilsin ki, gələcəkdə biz buna qayıdacağıq, amma hazırda yox", - deyə o bildirib.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-nin HBO studiyasının  "Taxt-tac oyunları"nın növbəti spin-offunu hazırlamağa başladığı barədə xəbər yayılmışdı.

Milli.Az


Etiketlər:  Taxt tac oyunları serialının pərəstişkarlarını kədərləndirəcək xəbər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ