Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2024 17:52
AVRO-2024-də iştirak edəcək milli komandaların baş məşqçiləri və milli assosiasiyaların nümayəndələri üçün seminar keçirilib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Almaniyanın Düssüldorf şəhərində təşkil olunan tədbirdə UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rozetti və müavini Byorn Kuypers də iştirak ediblər.
Komitə rəhbərləri AVRO-2024-də VAR-ın müdaxiləsinin maksimum azalacağını vurğulayıblar. VAR aşkar səhvlər zamanı müdaxilə edəcək.
AVRO-2024 zamanı VAR hakimləri Leypsiqdə, AVAR hakimləri Frankfurtda məskkunlaşacaq. Ədalət təmsilçilərinin siyahısı aprelin sonu və ya mayın əvvəlində açıqlanacaq.
Qeyd edək ki, mayın ortalarında AVRO-2024-ün iştirakçısı olan bütün hakimlərin toplanışı keçiriləcək.