Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan KTMT-nin bu iclasında iştirak etmədi

Ermənistan KTMT-nin bu iclasında iştirak etmədi

Tarix: 12 Aprel 2024 19:04

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasında iştirak etməyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, görüş aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə video-konfrans formatında baş tutub.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Ermənistan nümayəndəsi olmayıb.

"Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib", - məlumatda bildirilib.

Milli.Az


Etiketlər:  Ermənistan KTMT nin bu iclasında iştirak etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ