Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

30 yaşlı müğənni ölü tapıldı - FOTO

30 yaşlı müğənni ölü tapıldı - FOTO

Tarix: 13 Aprel 2024 10:20

K-pop ulduzu Park Bo Ram vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni 30 yaşında aprelin 11-də axşam saatlarında şənlikdə dünyasını dəyişib.

Belə ki, dostları Parkın uzun müddətdir çölə çıxmadığının fərqinə varıb və onun meyitini tualetdə tapıblar. Sənətçi təcili xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyi nəticə verməyib. Onun ölümündən əvvəl spirtli içki qəbul etdiyi deyilir.

Hazırda onun ölümü ilə bağlı polis araşdırma aparır.

Qeyd edək ki, Park 2014-cü ildə debüt sinqlini buraxıb. Elə həmin il "İlin sənətçisi" nominasiyasında milli mükafata layiq görülüb. Park Bo Ramın mahnıları bir sıra filmlərin və serialların saundtreklərində səslənir. Aktrisa kimi o, ilk dəfə 2015-ci ildə ekran işində rol alıb.

Milli.Az


Etiketlər:  30 yaşlı müğənni ölü tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ