Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib

Premyer Liqa:

Tarix: 13 Aprel 2024 21:10

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə bitib.

Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. 32 xala malik Naxçıvan təmsilçidi 8-ci sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni 2:1 hesabı ilə üstələyib. Ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Premyer Liqa Neftçi Araz Naxçıvanı üç cavabsız qolla üstələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ