Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

Tarix: 16 Aprel 2024 13:51

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

Vaxtilə Ermənistanın təkcə bizim torpaqlarımızı deyil, resurslarımızı da işğal etdiyini xatırladan dövlətimizin başçısı bildirib: "Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır". Prezident qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var.

Milli.Az


Etiketlər:  Prezident Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ