Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı

Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı

Tarix: 16 Aprel 2024 20:32

Udmurtiyanın Qlazov şəhərində kişi qısqanclıq zəminində arvadının yatdığı çarpayıya od vurub və qadın yanaraq ölüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, onların 37 yaşlı Aleksey dostları olan Andery və Svetlana cütlüyünə baş çəkməyə gəlib. Dostlar ziyafət təşkil ediblər. Spirtli içki qəbul edərkən hər üçü güclü alkoqol sərxoşluğundan yuxuya gediblər.

Bir müddət sonra ailə başçısı yuxudan ayılıb və görüb ki, qonşu otaqda arvadı onların qonağı ilə bir çarpayıda yatıb. Kişi qısqanclıq zəminində çarpayıya od vurub.

Yanğın qısa zamanda bütün evi əhatə edib. Ailə dostu vaxtında ayılaraq yanan mənzildən çıxa bilib. Evli cütlük içəridə qalıb. Nəticədə ər-arvad sağ qalmayıb.


Etiketlər:  Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ