Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssisdən çörək, makaron və kartofla əlaqədar MARAQLI TÖVSİYƏ

Mütəxəssisdən çörək, makaron və kartofla əlaqədar MARAQLI TÖVSİYƏ

Tarix: 17 Aprel 2024 00:03

Adətən insanlar pəhrizdə çörək, makaron, kartof və bir çox digər bu kimi qidaları məhdudlaşdırmağa öyrəşiblər. Əslində bu qidalar ziyanlı deyil, onları yemək tərzi səhvdir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə tanınmış rusiyalı həkim Yekaterina Volkova danışıb.

Yaşıl bananın faydaları nələrdir?
Gecələr kivi yesək, orqanizmdə nə baş verər?
Süni ət təbii ətdən daha sağlamdır?

Mütəxəssis arıqlamaq istəyənlər üçün "qadağan olunmuş" ərzaqlardan ilk olaraq makaron haqqında danışıb. Onun sözlərinə görə, bu məhsul bərk növlərdən, tam taxıllardandırsa, onunla qidalanmaq faydalıdır, makaron orqanizmi uzunmüddətli enerji verən "yavaş" karbohidratlar və liflə təmin edir. Bununla belə bu məhsuldan istehlak üçün optimal miqdar 70 qramdır.

"Pəhrizdə olsanız, belə rasionda məqbul olan ikinci məhsul kartofdur. 70-80 qram bişmiş və ya qaynadılmış kartof sizə yaxşı təsir edəcək. Təzə kartof seçmək daha yaxşıdır", - deyə həkim əlavə edib.

Diyetoloq rasionda vacib ərzaqlardan birinin də pendir olduğunu bildirib. Onun sözlərinə görə, tərkibində kalsium, fosfor, sink, "A", "B1", "B2", "B12", "C", "D", "E", "PP" vitaminləri, amin turşuları olan bu ağartı qadağan edilməməlidir.

"30 qram sərt pendir həmçinin şirin bir şey istəyini azaldır", - deyə o vurğulayıb.

Voldova pəhriz saxlayanların özlərinə qadağan etdikləri digər iki məhsulun çörək və banan olduğunu bildirib.

"Tam taxıl çörəyini seçməliyik. Onun tərkibində vitaminlər, fermentlər, mikro və makro elementlər, lif var. Banana gəlincə, artıq yetişmiş, şirin olanları yemək olmaz. Bizim (arıqlamaq istəyənlərin) bananları yaşıldır, onların tərkibində sadə nişasta deyil, "davamlı" nişasta var", - deyə həkim sözlərini yekunlaşdırıb.


Etiketlər:  Mütəxəssisdən çörək makaron kartofla əlaqədar MARAQLI TÖVSİYƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ