Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Forbes" dünyanın ən zəngin 10 varisinin adını açıqladı - Birinci kimdir?

Tarix: 17 Aprel 2024 01:02

66 yaşlı hindistanlı iş adamı Mukeş Ambani Forbes jurnalı tərəfindən dünyanın ən varlı varisi olaraq seçilib. Onun imperiyası neft-kimya, neft-qaz, telekommunikasiya və pərakəndə sənaye sahələrini əhatə edir və sərvəti 116 milyard dollar qiymətləndirilir.

Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, Mukeş və qardaşı Anil 2002-ci ildə ataları Dhirubhai Ambanidən Hindistanın ən böyük sərvətini miras alıblar.

Sonra Anil şirkətlərinin müflis olması səbəbindən dünyanın ən varlı adamları reytinqindən çıxıb.

Siyahıda ikinci yerdə 99,5 milyard dollarlıq kapitalla 70 yaşlı fransız qadın Fransuaza Bettenkurt-Meyers qərarlaşıb.

Dünyanın ən zəngin varisləri üçlüyünü Cim Uolton qapayır. 75 yaşlı amerikalı Walmart-da 12% paya sahibdir və ailə bankı Arvest-ə rəhbərlik edir. Onun sərvəti 78,4 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, ilk 5-liyə Uoltonun qohumları - qardaşı Rob (77,4 milyard dollar) və bacısı Alisa (72,3 milyard dollar) daxildir.

Ən zəngin varislər onluğuna həmçinin Thomson Corporation-ın rəhbəri David Tomson (66 milyard dollar), Koch Industries səhmlərinin 42%-nin sahibi Culya Koç (64,3 milyard dollar), Ferrero Group səhmlərinin 75 faizinin varisi Giovanni Ferrero (43,8 milyard dollar), 49% Red Bull Mark Mateschitz (39,6 milyard dollar) və Mars şirkətinin varisi Jacqueline Mars (38,5 milyard dollar) daxildir.

Milli.Az


Etiketlər:  Forbes dünyanın ən zəngin 10 varisinin adını açıqladı Birinci kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ