Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək - FOTOlar

Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək - FOTOlar

Tarix: 17 Aprel 2024 05:06

Türkiyənin Manisa və İzmir vilayətləri arasında yerləşən və endemik bitki növlərinin müxtəlifliyi ilə dünyanın ən əhəmiyyətli mərkəzlərindən biri olan Spil Dağı Milli Parkında Manisa laləsi (Tulipa orphanidea) adlı bitki çiçək açıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, havalar isinəndə və ildə bir dəfə çiçək açan bu lalələrin qoparılmasına görə yüksək məbləğdə cəza təyin edilib.

Belə ki, Spil Dağı Milli Parkında mühafizə altında olan Manisa laləsinin qoparılmasına görə cəza keçən il 244 min 315 lirə (13 min manata yaxın) olduğu halda, bu il 387 min 142 lirə olaraq (20 min manatdan çox) müəyyən edilib.

Milli.Az


Etiketlər:  Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ