Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan deputatlarla görüşdən qaçır

Paşinyan deputatlarla görüşdən  qaçır

Tarix: 17 Aprel 2024 11:04

"Ermənistanın Baş naziri Nikol Paşinyan artıq müəyyən müddətdir ki, müxtəlif bəhanələrlə parlamentdə öz fraksiyasından olan deputatlarla görüşü təxirə salır".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Joxovurd" qəzeti yayıb. 

Qəzet yazır ki, "Vətəndaş müqaviləsi" partiyasının deputatları aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra Paşinyanın parlamentə gələrək onları narahat edən suallara cavab verəcəyini gözləyiblər: "Lakin baş nazir hər dəfə məşğul olduğunu bildirərək görüşdən qaçır. Məsələ o yerə çatıb ki, deputatlar fraksiyanın rəhbəri Ayk Koncoryana müraciət edərək ondan Paşinyanla görüş təşkil etməyi istəyiblər. Koncoryan isə cavabında Paşinyanın məşğul olduğunu, lakin yaxın zamanlarda görüşə gələcəyini bildirib".

Xatırladaq ki, aprelin 5-i Brüsseldə N.Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen arasında üçtərəfli görüş keçirilib. Görüş zamanı bildirilib ki, Avropa İttifaqı Ermənistanın inkişafına 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq.


Etiketlər:  Paşinyan deputatlarla görüşdən qaçır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ