Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kobaxidze prezidenti xarici agent adlandırdı

Kobaxidze prezidenti xarici agent adlandırdı

Tarix: 17 Aprel 2024 20:38

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini müvafiq qanun layihəsini tənqid etdiyinə görə xarici agent adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çərşənbə günü Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının əleyhinə çıxış etdiyi xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib.

Prezident bildirib ki, xarici agentlər haqqında qanun üç oxunuşda qəbul olunarsa, ona veto qoymağı planlaşdırır.

"Salome Zurabişvilinin özü də xarici agentdir, buna görə də onun ala biləcəyi yeganə səs xarici qüvvədir, bu barədə dəfələrlə danışmışıq", - Kobaxidze brifinqdə deyib.

Milli.Az


Etiketlər:  Kobaxidze prezidenti xarici agent adlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ