Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mercedes”lə avtoşluq etdi, 15 sutka verildi - FOTO

“Mercedes”lə avtoşluq etdi, 15 sutka verildi - FOTO

Tarix: 18 Aprel 2024 10:10

Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü, Astara rayon sakini Kamran Bayramov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək, baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü K.Bayramov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla, 15 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Astarada yol polisi əməkdaşlarının 3 ay ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı 4171 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən 50 sürücü barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.

Milli.Az


Etiketlər:  Mercedeslə avtoşluq etdi 15 sutka verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ