Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2024 22:35
Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uestdən Los-Anceles polisinə şikayət daxil olub.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs reperin onu döydüyünü iddia edib.
Kanyenin nümayəndəsi isə həmin şəxsin onun həyat yoldaşı Bianka Censoriyə təcavüz etdiyini bildirib:
"Həmin şəxs Bianka ilə toqquşduqdan sonra əllərini paltarının altına salıb və bədəninə toxunub".
Los-Anceles polisinin jurnalistlərə verdiyi məlumata görə, bundan sonra 46 yaşlı Kanye Uest xanımına təcavüz edən adamı yumruqlayıb. O, tibbi yardıma ehtiyac duymayıb.