Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nicat Abasov növbəti dəfə məğlub oldu

Nicat Abasov növbəti dəfə məğlub oldu

Tarix: 19 Aprel 2024 08:58

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1.

Abasov ağ fiqurlarla oynayıb.

Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla, rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.

Milli.Az


Etiketlər:  Nicat Abasov növbəti dəfə məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ