Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO

Tarix: 19 Aprel 2024 10:12

Bəzən binadakı mənzillərin birindən digərinə su keçir. Həmçinin bir sıra hallarda təmir, yanğın və ya digər hallar zamanı qonşuya maddi zərər dəyir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, qaydalara əsasən, əmlakın icbari sığortası yalnız ev sahibinin məsuliyyətini sığortalayır.

Başqa sözlə, əgər əlavə sığorta təminatı yoxdursa, qonşu qonşuya vurduğu ziyana görə sığorta şirkəti digər zərərçəkənlərə pul ödəmir. Əslində isə, əmlak sahibləri müəyyən məbləğ ödəməklə üçüncü şəxslər qarşısında məsuliyyətini sığortalaya bilərlər. Yəni bu sığorta məhsulunu əldə edən şəxs su sızması, yanğın və digər hallarda qonşulara vurduğu zərəri özü yox, onun yerinə sığorta şirkəti ödəyir.

Sığorta eksperti Vüsal Bədəlov bildirib ki, hüquqi və fərdi sahibkarlar üçün əmlaklarına görə üçüncü şəxslər qarşısında məsuliyyət sığortası icbaridir. Ancaq fiziki şəxslər bu sığorta məhsulunu könüllü etdirə bilərlər.

Bu sığorta məhsulunun qiyməti şərtlərdən və təminat məbləğindən asılıdır. Təminat məbləği isə şərtlər və razılaşmadan asılı olaraq arta bilər.

Qeyd edək ki, Bakıda əmlakın icbari sığorta haqqı 50, Gəncə, Naxçıvan və Sumqayıtda 40, digər ərazilərdə isə 30 manatdır.

Ətraflı süjetdə:


Etiketlər:  Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ