Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı

Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı

Tarix: 19 Aprel 2024 12:54

Türkiyənin 2024-cü ilin yanvar-mart aylarında Rusiyaya kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz azalaraq 310 milyon dollar təşkil edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyənin Rusiyaya kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 30,7 faiz azalaraq, 118 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıraraq 8 milyard dollara çatdırıb.

2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Milli.Az


Etiketlər:  Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ