Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ədalətli sülh yalnız güc yolu ilə qazanıla bilər

Ədalətli sülh yalnız güc yolu ilə qazanıla bilər

Tarix: 21 Aprel 2024 02:28

ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsi tarixi gedişatın düzgünlüyünü qorudu.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən ABŞ Nümayəndələr Palatasına, hər iki partiyaya (Demokratlar və Respublikaçılar - red.) və şəxsən spiker Mayk Consona minnətdaram. Amerika demokratiya və azadlığı müdafiə etdiyi müddətdə heç vaxt uğursuz olmayacaq", - Zelenski əlavə edib.

Zelenski vurğulayıb ki, aprelin 20-də müharibənin yayılmasının qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə, həmçinin Ukrayna və ABŞ xalqlarını daha güclü etməyə kömək olacaq mühüm qanun layihəsi qəbul edilib:

"Ədalətli sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə oluna bilər. Biz ümid edirik ki, qanun layihəsi Senatda dəstəklənəcək və baxılmaq üçün Prezident Baydenə göndəriləcək".

Qeyd edək ki, Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayrılması layihəsini qəbul edib.


Etiketlər:  Ədalətli sülh yalnız güc yolu ilə qazanıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ