Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada universitet müəllimi binadan yıxılıb ÖLDÜ

Rusiyada universitet müəllimi binadan yıxılıb ÖLDÜ

Tarix: 21 Aprel 2024 08:42

Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində bir nəfər binadan yıxılaraq ölüb.

Milli.Az referans.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Boevaya küçəsində baş verib.

Bir nəfərin çoxmərtəbəli yaşayış binasının pəncərəsindən yıxılması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis onun öldüyünü müəyyən edib.

Müəyyən edilib ki, vətəndaş 18-ci mərtəbədəki eyvandan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Buryatiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda araşdırma aparılır.

Məlumata görə, 37 yaşlı mərhum sağlam həyat tərzi keçirib, içki içməyib, siqaret çəkməyib, Ulan-Udedəki universitetlərdən birində müəllim işləyirmiş.

Milli.Az


Etiketlər:  Rusiyada universitet müəllimi binadan yıxılıb ÖLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ